ŞİİRLER
ŞİİRLER
avatar
14 Temmuz, 2022
1961 gösterim

AÇIN QAPILARI / Səxavət İZZƏTİ

Yenə daş dibində köyərdi dişə
Şaxtada qurtardı, qışda qurtardı
Həzin nəfsilə deyir bənövşə
Açın qapıları gələn bahardı

Hər budaq başında bir dəstə gül var
Güllərin üstündə nə gəlha-gəl var
Qədim babalardan belə məsəl var
Soyuğun şaxtanın meydanı dardı
Açın qapıları gələn bahardı

Yastı çəmənlərdə otlayır quzu
Bulaqlar bağrına basıb yarpızı
Düşün dağ döşündə ərıyən buzu
Hər bir qaranlığın dan yeri vardı
Açın qapıları gələn bahardı

Kəsmə ümidini kəsmə bahardan
ümiddir qurtaran insanı dardan
Demə birdə çiçək bitəcək hardan
Əsənsə küləkdir, yağansa qardı
Açın qapıları gələn bahardı

Əndəlib bu gələn nə xoş qonaqdı
Təbiət yoluna çiçəklər yağdı
Hayqıran dərədi, kişnəyən dağdı
Demə nə hay haray nə şarha şardı
Açın qapıları gələn bahardı
Səxavət İZZƏTİ